H.O.S.T [ QaraQan ]Proza

Sənin gozlərində boğuldum.

Payız zərif kuləklə sığal çəkdi gecəyə.

İlk xəzanla doğuldum.

Boş parkın honkurtusu.

Yaş asfalt bir az xəstə.

Yağış da incə, qəddar.

Qırıq urək boş qəfəsdə.

Sokulmuş arzuların xarabasında,

Arası kəsilməz guluşlə ağlayırdı,

Kor rəssam şikəst atlar arabasında.

Sən də başqa, mən də başqa.

Dərd də, qəm də başqa.

Yaddaşım sanki bir şeir kimi cızıldı daşda.

Kuçələrin qaranlığında,

Çox sağol ki, bir mələk kimiydin.

Saçıların ipək kimiydi, sozlərin kulək kimiydi.

Çox sağol!

Qəlbimin duzənliyində bir bulaq kimiydin.

Amma çox,

İsti çox,

Duzlu çox.

Tozlu manikenlər vitrində goz yaşıyla.

Ölulər qucaqlaşır yuxularımda baş daşıyla.

Doxsan illik keçmişimlə iyirmi yaşda neyliyim?!

Əllərim bağlı qarğalar ciyərmi çeyniyir.

Heç nə demə, danışma.

Bəsdi!

Heç nə soruşma!

Kim gunahkar?

Sən gunahkar!

Mən gunahkar!

Gecə gunahkar!

Gun gunahkar!

Dərslər gunahkar!

Payız, şeir, dəftər gunahkar!

Bəlkə də oxuduğum kitablarla dolu rəflər gunahkar!

İncə-incə kəs damarlarımı,

İç qanımı sevgilim!

Artıq sevmirəm,

Sən də sevmirsən!

Sehirli bir nağıl.

Səni unutmaram.

Məni unutma sən.

Gizləmə,

Goz yaşın qoy axsın!

Onu qurutma sən!

Məktublar və tozlu şəkillər,

Yanır əllərimi qızdıran ocaqda.

Ümid uzaqda.

İçimdə şaxta.

Ölmuş sevgimin ruhu hərdən gəzir bu qaranlıq otaqda.

Sənə nifrət etdim,

Həm də sevdim qəzəbsiz.

Pəncərəyə yağış damlaıyr gozəl, səssiz.

Kul ocaqda.

Yastıq qucaqda.

Darıxdım, guldum, ağladım,

Gecə səbəbsiz.

Kuləklərlə dərdləşirdi qatarın tustusu.

Uzaqda baharın istisi.

Çox soyuq.

Yanağlarımda buz bağladı,

Donub qalan o goz yaşı.

Yadına sal:

Arzularda,

Ölmək eyni gundə.

İkimizə bir baş daşı!

Və eyni gundə olduk:

Sən mənim uçun,

Mən sənin uçun,

Özgə olduq:

Sən mənim uçun.

Mən sənin uçun,

Bəlkə xəstəlik səbəb?

Bəlkə mələklər paxıl?

Amma mənə demişdilər ki, sevgi qəlbə çiçəklər taxır.

Evlənək demişdik,

Uşaqlıq necə